Qazaxıstan iki il ərzində Transxəzər marşrutu üzrə neft tədarükünün həcmini 3 milyon tona çatdırmaq niyyətindədir, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti xəbər verir.
Bildirilib ki, 2023-cü ildə bu marşrutla 1 milyon ton neft nəql edilib. 2024-cü il üçün isə plan 1,5 milyon tona qədər neftin tədarük edilməsidir.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
https://report.az/energetika/qazaxistan-iki-ilde-transxezer-marsrutu-uzre-neft-tedarukunu-3-milyon-tona-catdiracaq/