Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 45,389 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Ötən ay Neft Fonduna daxil olan vəsaitlərin 15,748 milyon ABŞ dolları kondensatın payına düşüb. Xatırladaq ki, 2023-cü ilin yanvar ayında ARDNF “Şahdəniz” yatağı üzrə gəlir əldə etməyib.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).
https://report.az/energetika/ardnf-yanvarda-sahdeniz-den-45-milyon-dollardan-cox-gelir-elde-edib/