XƏBƏRLƏR

“Equinor” Azərbaycandakı aktivlərini zərərlə satıb

FEVRAL 07, 2024

Norveçin “Equinor” enerji şirkəti 2024-cü ildə ölkədəki aktivlərini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üçün razılaşmanı imzalamağı planlaşdırır.

Bu barədə şirkətin 2023-cü ilin dördüncü rübü üzrə hesabatında deyilir. Ötən ilin sonunda “Equinor” Azərbaycandakı layihələrdən planlaşdırılan çıxışı ilə bağlı 310 milyon ABŞ dolları zərər edib.

Xatırladaq ki, 2023-cü ilin dekabrın 22-də “Equinor” Azərbaycandakı aktivlərini satmaq üçün SOCAR ilə müqavilə bağlayıb. Sövdələşməyə görə, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27 %, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71 %, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50 % satıb.

https://report.az/energetika/equinor-azerbaycandaki-aktivlerini-zererle-satib/