Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı 59-u məlumat üçün olmaqla 572 müraciət edilib.
Bildirilib ki, yanvarda istehlakçıların hüquqlarının qorunması, elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı abonentlərdən Energetika Nazirliyindən və qurumun Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) 696 müraciət daxil olub.
Təbii qaz təchizatı ilə bağlı 12-si məlumat xarakterli olmaqla 102 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 15 müraciət edilib. Digər məsələlərlə bağlı isə 7 müraciət göndərilib.
Müraciətlərdən 261-i Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 362 müraciət hazırda baxılma prosesindədir, 72 məlumat xarakterli müraciətdən 39-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
https://report.az/energetika/oten-ay-azerbaycanda-elektrik-enerjisi-techizati-ile-bagli-570-den-cox-muraciet-edilib/