XƏBƏRLƏR

Azərbaycan yanvarda OPEC kvotasını 86 % istifadə edib

FEVRAL 16, 2024

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub, bunun 474 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 86,03 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

https://report.az/energetika/azerbaycan-yanvarda-opec-kvotasini-86-istifade-edib/