XƏBƏRLƏR

Latviya Azərbaycanla "yaşıl enerji" sahəsində texnologiyalarını paylaşa bilər

FEVRAL 24, 2024

Azərbaycan və Latviya arasında əməkdaşlığın perspektivli sahələrindən biri "yaşıl enerji"dir, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

Onun sözlərinə görə, "yaşıl enerji" ikitərəfli əsasda müzakirə olunan məsələlərdən biridir: “Düşünürəm ki, biz bu sahədə texnologiyaları paylaşa bilərik”.

Səfir vurğulayıb ki, Latviyanın "yaşıl enerji"nin istehsalına dair öz yanaşması var: "Azərbaycanda onun istehsalı üçün çox yaxşı və əlverişli mühit mövcuddur. Düşünürəm ki, əsas məsələ təcrübə və texnologiya mübadiləsidir, çünki hələ "yaşıl enerji" idxalından bir qədər uzağıq. Lakin bu, gələcəkdə baş verə bilər. Amma hazırda indiki mərhələdə iki ölkə arasında təcrübə və texnologiya mübadiləsini təmin etmək vacibdir”.

https://report.az/energetika/sefir-latviya-azerbaycanla-yasil-enerji-sahesinde-texnologiyalari-ile-paylasa-biler/