XƏBƏRLƏR

2060-cı ilədək tullantıların səviyyəsini azaltmaq üçün lazım olan investisiyaların həcmi açıqlandı

FEVRAL 26, 2024

Dünya Bankı Avropa və Mərkəzi Asiya (AMA) regionuna (23 ölkə daxildir) 2060-cı ilədək karbon neytrallığına nail olmaq üçün lazım olan investisiyaların həcmini açıqlayıb.

Dünya Bankı bu barədə "Karbon neytrallığı-2020-cı il: AMA-nın təhlükəsiz və dayanıqlı enerji gələcəyi" adlı sənəddə qeyd edib.

"AMA regionuna 2023-2060-cı illər ərzində "Net Zero" məqsədinə nail olmaq üçün lazımi investisiyaların həcmi 4,7 trilyon dollardır (regional ümumdaxili məhsulun 3,9 faizi)", - deyə Dünya Bankının sənədində qeyd olunub.

Elektrik enerjisinə investisiyalar 934 milyon ABŞ dolları olaraq qiymətləndirilir. Dünya Bankının qiiymətləndirmələrinə görə, transsərhəd qaz və elektrik enerjisi ticarətinin artımı, eləcə də sənayenin dekarbonizasiyası üçün 180 milyard dollardan çox vəsait lazımdır.

"Yaşayış evlərinin modernizasiyası, o cümlədən müasir istilik nasoslarının quraşdırılması üçün 1,2 trilyon ABŞ dollarından çox vəsait tələb olunur", - deyə sənəddə qeyd olunub.

Nəqliyyatda enerji keçidi üçün 1,4 trilyon ABŞ dollarından çox vəsait lazımdır.

https://az.trend.az/business/green-economy/3867160.html