Bu il Azərbaycanda elektromobilliklə bağlı geniş proqram həyata keçiriləcək, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşı bu gün keçirilən "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda "Caspian Energy" MeetUp-da çıxışı zamanı deyib.
O bildirib ki, elektromobilliyin geniş yayılmasına hazırda müəyyən səbəblər mənfi təsir göstərir: "Bunlardan biri elektrik doldurma stansiyalarının sayının az olmasıdır. Buna səbəb isə stansiyaların yalnız "Azərişıq" ASC tərəfindən quraşdırılmasıdır".
Bununla yanaşı, elektromobillərin idxalı ilə bağlı gömrük rüsumlarının azaldılması bu sahəyə müsbət təsir göstərə bilər.
https://report.az/energetika/boemda-azerbaycanda-elektromobillikle-bagli-genis-proqram-heyata-kecirilecek/