XƏBƏRLƏR

Qoyuluş gücü 240 MVt olan KES-lərin tikintisi üzrə qurğuların icarə haqqı ləğv edilib

FEVRAL 29, 2024

Nazirlər Kabineti “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 29 noyabr 2007-ci il tarixli qərarında dəyişiklik edib.

Qərara əsasən, ölkə Prezidentinin qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında 20 fevral 2024-cü il tarixli sərəncamı çərçivəsində tikilən qurğular üzrə illik icarə haqqının minimum məbləği bu qərarda həmin qurğular üçün nəzərdə tutulmuş icarə haqqına sıfır əmsalı tətbiq edilməklə hesablanacaq.

https://nk.gov.az/az/senedler/qerarlar/dovlet-emlakinin-menzil-fondundan-basqa-icareye-ve-7852