XƏBƏRLƏR

TAP ilə İtaliyaya indiyənədək 26 mlrd kubmetrdən çox Azərbaycan qazı tədarük olunub

MART 01, 2024

2020-ci ildən bəri Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 26 milyard kubmetrdən çox Azərbaycan təbii qazı tədarük olunub və bunun da 10 milyard kubmetri 2023-cü ildə nəql olunub.

Bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Frati Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan qazı İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində və dekarbonizasiyasında strateji rol oynayır.

https://report.az/energetika/nazir-tap-ile-italiyaya-indiyenedek-26-mlrd-kubmetrden-cox-azerbaycan-qazi-tedaruk-olunub/