Qaz İxrac Edən Ölkələr Forumu (GECF) çərçivəsində qaz hasil edən ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir, bu barədə Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkə televiziyası ilə çıxışında bildirib.
"Qaz qlobal miqyasda davamlı inkişafa nail olmaqda və enerjiyə artan qlobal tələbatın ödənilməsində həlledici rol oynayır. Əlcəzair bütün tərəfdaşları kimi qazın böyük investisiyalar tələb edən təbii resurs olduğuna əmindir", - Ə.Tebbun deyib.
Əlcəzair dövlət başçısı vurğulayıb ki, həmçinin Mavritaniya, Mozambik və Seneqalın sözügedən təşkilata qoşulmasını alqışlayıb.
Prezident qeyd edib ki, Əlcəzairdə keçirilən VII sammit qaz hasil edən ölkələrin maraqlarını qorumaq üçün ümumi baxışın əsasını qoymaq üçün fürsətdir:
"Təbii qaz yeni və bərpa olunan enerji mənbələri ilə yanaşı istifadə etdiyimiz təmiz enerjidir. Əgər biz bu sahədə yeni texnologiyaların inkişafını dəstəkləmək və enerji problemləri qarşısında sərmayələri təşviq edən siyasət yürütmək üçün birlikdə işləmək istəyiriksə, bu aydındır".
Qeyd edək ki, sammitdə Boliviya, İran, Qətər və Mavritaniya liderləri iştirak edir.
https://report.az/energetika/elcezair-prezidenti-gecf-cercivesinde-qaz-hasil-eden-olkeler-arasinda-emekdasliq-guclendirilmelidir/