XƏBƏRLƏR

Azərbaycanda elektrik enerjisinin kəsilməsinə əsas verən müddət müəyyənləşib

MART 07, 2024

Nazirlər Kabineti sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında qərar qəbul edib.

Qərar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb və təsdiq edilib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, sözügedən müddət bir ay müəyyən edilib.

Qərar bu il yanvarın 1-dən tətbiq edilir.

https://nk.gov.az/az/senedler/qerarlar/serbest-olmayan-istehlakciya-elektrik-enerjisinin-7868