ACE Group Consultants şirkətinin təşkilatcılığı ilə cari ilin 12-14 mart tarixlərində Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, Azərenerji, Azərişıq və digər dövlət qurumlarının nümayəndələrinin, həmçinin Naxçıvan Muxtar Respublikasından olan mütəxəssislərin, eləcədə energetika sahəsində fəaliyyət göstərən beynəlxalq və yerli ekspertlərinin iştirakı ilə "Azərbaycanın yeni Elektroenergetika haqqında Qanunu əsasında enerji bazarında islahatlar" üzrə seminar keçirilir.
Bacarıqların və potensialın gücləndirilməsinə yönəlmiş bu icraçı təlim Azərbaycanda qərar qəbul edən şəxslərə və texniki ekspertlərə ölkədə enerji bazarı islahatlarını uğurla həyata keçirməyə kömək etmək məqsədini güdür. Xüsusilə, bu ixtisaslaşmış təlim 2024-cü il yanvarın 1-də qüvvəyə minmiş yeni Elektroenergetika haqqında Qanunun səmərəli icrasına nail olmaq üçün Azərbaycanda energetika sektorunda maraqlı tərəflərə dəstək verəcək. Bu təlim müqayisə üçün seçilmiş ölkələrdə enerji bazarında islahat təcrübəsini təqdim edəcək və Avropa, eləcə də beynəlxalq təcrübənin Azərbaycanın islahatlar prosesinə necə inteqrasiya oluna biləcəyini qiymətləndirəcəkdir. Daha dəqiq desək, təlim seminarı Üçüncü Enerji Paketinin həyata keçirilməsi, həmçinin Azərbaycan Respublikasının “Elektroenergetika haqqında” yeni Qanununun tətbiqinə dəstək vermək üçün müstəqil tənzimləyicilər, trans-sərhəd əməkdaşlıq, açıq və ədalətli pərakəndə bazar, şəffaf və səmərəli bazar qaydaları və ayrılma ilə bağlı Avropa təcrübəsini təqdim etmək məqsədini güdür.
Ümumi məqsədlər:
Azərbaycan Energetika Nazirliyinə və digər əlaqəli maraqlı tərəflərə yeni Elektroenergetika Qanununa uyğun olaraq enerji ticarəti islahatının həyata keçirilməsində və ayrılma proseslərində dəstək vermək. Bu məqsəd ekspertlərin təqdimatları, dəyirmi masa müzakirələri və iştirakçılarla interaktiv müzakirələrdən ibarət olan təlim formatı vasitəsilə reallaşdırılacaqdır.
Xüsusi məqsədlər
1. İştirakçıların Avropanın enerji bazarında aparılmış islahatların daha geniş konteksti və bu islahatların seçilmiş Aİ və/və ya qeyri-Aİ ölkələrində necə həyata keçirilməsi barədə anlayışlarını artırmaq;
2. Azərbaycanın yeni Elektroenergetika Qanununun səmərəli icrasını təmin etmək üçün ayrılma və enerji bazarı qaydalarının inkişaf və təkamül yolundan əldə edilmiş dərsləri göstərmək;
3. Yeni Elektroenergetika Qanununda nəzərdə tutulduğu kimi, eyni dildə danışmaq, boşluqları aradan qaldırmaq və enerji bazarında islahatlar prosesində ümumi terminologiyadan istifadə etmək;
4. Azərbaycanda enerji bazarı islahatlarının tətbiqi, inkişafı və təşviqində iştirak edən elektroenergetika şirkətlərinin məsul işçilərinin bilik və bacarıqlarının artırılması.
QEYDİYYAT ÜÇÜN LİNK:
https://us02web.zoom.us/meeting/register/tZwkc-morjMjGddaZKM6vOCvwZsNMDXRKyVE