XƏBƏRLƏR

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında işlərin 96 %-i yekunlaşıb

MART 14, 2024

Energetika Nazirliyindən verilən məlumata görə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında işlərin 96%-i yekunlaşıb.

Nazir “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən hidroqovşaqlar və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub.

1,612 milyon kubmetr su tutumu olan “Xudafərin” və 56.75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid tikilmiş bəndlər barədə məlumat verilib.

Hidroqovşaqlar üzrə qalan işlər nəzərdən keçirilib. Prosesin sürətləndirilməsi üçün mövcud imkanlar dəyərləndirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin su elektrik stansiyalarının inşası ilə bağlı məsələlərə də toxunulub.

Qeyd edək ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.

https://report.az/energetika/xudaferin-ve-qiz-qalasi-hidroqovsaqlarinda-islerin-96-i-yekunlasib/