Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən (elektromobil) istifadənin, enerji doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Məlumata görə, "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında" ölkə Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası məqsədilə görüş keçirilib. Görüş zamanı həmçinin ölkəmizdə enerji doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi və şəbəkəyə qoşulma ilə bağlı texniki məsələlər haqqında fikir mübadiləsi aparılıb, növbəti addımlar müzakirə edilib.
Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, "Azərenerji" və "Azərişıq" ASC-lər, cəlb edilmiş məsləhətçi şirkətlərin nümayəndələri iştirak edib.
https://report.az/energetika/azerbaycanda-elektromobillerden-istifadenin-ehate-dairesi-genislendirile-biler/