Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 953 milyon 658,45 min kubmetr həcmində təbii qaz ixrac edib.
Məlumata görə, ötən iki ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 459 milyon 774,04 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 dəfə, dəyəri isə 2,9 % çoxdur.
Bu ilin ilk iki ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,54 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.
https://report.az/energetika/bu-il-azerbaycan-tebii-qaz-ixracini-3-defeden-cox-artirib/