Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 686,4 milyon kVt/saat, ixrac 221,6 milyon kVt/saat, idxal isə 32,5 milyon kVt/saat olub, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, yanvar-fevralda İstilik Elektrik Stansiyaları üzrə 4 milyard 316,2 mlyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 192,1 milyon kVt/saat artımla 370,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
https://report.az/energetika/azerbaycanda-istehsal-idxal-ve-ixrac-edilen-elektrik-enerjisinin-hecmi-aciqlanib/