Avropada mart ayında yeraltı qaz anbarlarında (YQA) qaz ehtiyatları hələ də rekord səviyyədə qalır, YQA-dan çıxan qazla ora vurulan qazın həcmi isə demək olar bərabərləşib, hazırda Avropanın qaz anbarları 59,18 % doludur (bu tarix üçün son beş ilin orta göstəricisindən 17,62 faiz bəndi çoxdur), anbarlarda 65,3 milyard kubmetr qaz var.
Avropa ölkələri YQA-larını hələ avqustun ortalarında isitmə mövsümü üçün nəzərdə tutulan 90 %-ə qədər qazla doldurublar, istifadə mövsümünün əvvəlinə qədər isə anbarlarda qaz həcmi record həddə - 99,63 % olub.
Qeyd edək ki, Avropada istilik mövsümü 2023-cü il noyabrın 7-də (ötən payız-qış mövsümündən bir həftə əvvəl) başlayıb və həmin andan etibarən Aİ ölkələri anbarlardan təxminən 50,53 milyard kubmetr qazı çıxarıb.
Eyni zamanda anbarların maksimum doldurulmasına çatıldığı andan sonrakı 138-ci gündə YQA-lardan çıxarılan ümumi qazın həcmi əvvəlki beş il ərzindəki orta göstəricidən 14 % aşağıdır. Avropa YQA-larından qazın çıxarılmasının sonuncu mövsümü 2023-cü il aprelin 7-də başa çatıb, o zaman anbarlarda qalan ehtiyat 55,47 % təşkil edirdi.
Əlavə edək ki, Avropa birjalarında qaz yenidən min kubmetr üçün təxminən 315 ABŞ dollarına satılır.
https://report.az/energetika/avropada-qaz-ehtiyatlari-59-18-seviyyesindedir/