Bu ilin I rübündə Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı 161-i məlumat üçün olmaqla 1 444 müraciət edilib, məlumata görə, bu, 2023-cü ilin müraciətlərin sayı ilə müqayisədə 262 müraciət və ya 22,2 % çoxdur.
Bu müddət ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı AERA-ya bilavasitə və Energetika Nazirliyindən 1 770 müraciət daxil olub. Bu, ötən ilin birinci rübünün göstəricisi ilə müqayisədə 314 müraciət (21,6 %) çoxdur.
Təbii qaz təchizatı ilə bağlı 29-u məlumat xarakterli olmaqla 260 müraciət olunub. İstilik təchizatı ilə bağlı 2-si məlumat üçün olmaqla cəmi 42 müraciət edilib. Bu da ötən ilin ilk rübünün göstəriciləri ilə müqayisədə qaz təchizatında 38 müraciət (17,1 %) çoxdur. İstilik təchizatı ilə bağlı müraciətlərin sayı 22 ədəd və ya 2 dəfə artıb.
Digər məsələlərlə bağlı isə 5-i məlumat üçün olmaqla 24 müraciət göndərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 müraciət (25 %) azdır.
Müraciətlərdən 1 183-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (18 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 388 müraciət hazırda baxılma prosesindədir, 197 məlumat xarakterli müraciətdən 100-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Xatırladaq ki, 2023-ci ilin I rübü üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 1 456 müraciət daxil olub. Bunlardan elektrik enerjisi təchizatı ilə bağlı 94-ü məlumat üçün olmaqla cəmi 1 182 müraciət, təbii qaz təchizatı ilə bağlı 18-i məlumat üçün olmaqla cəmi 222 müraciət, istilik təchizatı ilə bağlı 2-si məlumat üçün olmaqla cəmi 20 müraciət, 2-si məlumat üçün olmaqla 32 müraciət isə digər məsələlərlə bağlı olub.
https://report.az/energetika/aera-bu-il-elektrik-enerjisi-techizati-ile-bagli-muracietlerin-sayi-22-den-cox-artib/