Konfransın məqsədi dairəvi iqtisadiyyata keçid zamanı Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalın (RSDTİ) üstünlüklərini göstərməklə Azərbaycanda istehsalat müəssisələrində dayanıqlılığı və yaşıl inkişafı vurğulamaq və təşviq etməkdir. Bundan əlavə, tədbir altı sessiya vasitəsilə Azərbaycanın Kiçik və Orta Müəssisələrinin (KOM-lar) yaşıllaşdırılması istiqamətində təcrübə, alətlər və proqramları müzakirə etmək və bölüşmək imkanı verəcək.
Hədəf auditoriya Azərbaycanda yaşıl iqtisadi inkişafa töhfə verən maraqlı tərəflərdən, o cümlədən hökumət, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarından ibarətdir. Tədbir, həmçinin istehsalat müəssisələri də daxil olmaqla, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələrini cəlb etmək məqsədilə təşkil edilir; bura müəssisələr, mühəndislik (kimya, sənaye, ətraf mühit) və energetika sahələrində ekspertlər; akademik dairələrin üzvləri, eləcə də EU4Environment (2021-2024) və EaP GREEN (2013-2017) Fəaliyyətlərində iştirak etmiş praktiklər (RSDTİ Klublarının üzvləri və RSDTİ Nümayiş Şirkətləri, RSDTİ ekspertləri) daxildir. Şəxsən iştirak edəcək qonaqların ilkin sayı təxminən 80 nəfərdir. Onlayn qoşulacaq iştirakçı sayına məhdudiyyət yoxdur.
Tədbir Avropa İttifaqı tərəfindən dəstəklənir və Aİ tərəfindən maliyyələşdirilən EU4Environment Yaşıl İqtisadiyyat Təşəbbüsünün icraçı tərəfdaşı kimi Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən təşkil edilir və Azərbaycanda onun Milli İcraçı Tərəfdaşı olan ACE Qrupu Consultants tərəfindən dəstəklənir. Tədbir hibrid formatda (əyani və onlayn) həm ingilis, həm də azərbaycan dillərində (sinxron tərcümə ilə) keçirilir.
Onlayn iştirakçılardan bu link vasitəsilə öncədən qeydiyyatdan keçmələri xahiş olunur.