Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 %-ə çatdırılmasını hədəf kimi müəyyənləşdirib.
Bunu Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən mətbuat konfransında bildirib.
O xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmağı hədəfləyib.
Nazir bununla bağlı işlərin uğurla davam etdiyini vurğulayıb.
https://report.az/energetika/nazir-2030-cu-iledek-berpaolunan-enerji-payinin-30-faize-catdirilmasi-hedef-kimi-mueyyenlesdirilib/