XƏBƏRLƏR

Azərbaycanda elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı təsdiqlənib

MAY 04, 2024

Nazirlər Kabineti “Elektrik gücü çatmadıqda sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nı təsdiq edib, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti siyahını təsdiqləyib.

Qərara əsasən, bu siyahıya dövlətə məxsus 38 qurum, idarə, səhmdar cəmiyyət və xəstəxanalar daxil edilib.

https://nk.gov.az/az/senedler/qerarlar/elektrik-gucu-catmadiqda-sistemin-dayaniqliligini-8013