Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrinin istehsalı üçün 8 min hektar yer ayrılıb, bunun 5 min hektarı günəş, 3 min hektarı isə külək enerjisinin istehsalı üçün nəzərdə tutulur.
Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bu gün Bakıda keçirilən Türk Dövlətləri İqtisadi Forumunda deyib.
Onun sözlərinə görə, bununla bağlı bu sahədə fəaliyyət göstərən iş adamları ilə memorandumlar bağlanıb: "Artıq yerlərin ayrılması və istehsal üçün real addımların atılmasına başlanılıb".
S.Seyidəhmədli vurğulayıb ki, alternativ enerji mənbələrinin istehsalı və ixracı əsas hədəflərdən biridir.
https://report.az/energetika/naxcivanda-alternativ-enerji-istehsali-ucun-ayrilan-sahenin-hecmi-aciqlanib/