XƏBƏRLƏR

ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıdır

MAY 10, 2024

ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektorunda və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməkdə maraqlıdır, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

"Səfir Mark Libbi “Baker Hughes” şirkətinə baş çəkərək ölkə nümayəndəsi Zaur Allahverdizadə və digər rəhbər şəxsləri ilə görüşüb. ABŞ şirkəti və neft-qaz avadanlığı və xidmətlərinin əsas tədarükçüsü olan “Baker Hughes” Azərbaycan şirkətində 300-dən çox işçi çalışır və "SOCAR Upstream" ilə sıx əməkdaşlıq edir", - paylaşımda qeyd olunub.

Səfir “Baker Hughes”in "yaşıl enerji" təşəbbüsləri, müxtəliflik və inklüzivlik siyasəti haqqında məlumat əldə edib. M. Libby, "yaşıl enerji" üçün tənzimləyici çərçivənin vacibliyini qeyd edib və ABŞ şirkətlərinin Azərbaycanın bərpa olunan enerji sektoruna marağını vurğulayıb.

https://report.az/energetika/mark-libby-abs-sirketleri-azerbaycanin-berpa-olunan-enerji-sektorunda-istirak-etmekde-maraqlidir/