XƏBƏRLƏR

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

MAY 10, 2024

Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı (Aİ) ölkələrinə “yaşıl enerji” tədarük etmək üçün enerji sistemlərinin inteqrasiyası və Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayıb, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev mətbuat konfransında bildirib.

“Təmiz elektrik” enerjisi idxal etməkdə maraqlı olduqlarını bildirmiş Aİ ölkələri ilə ilkin işlər aparılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi haqqında saziş imzalayıblar və bu da bizə seçilən bazarları bərpa olunan, “təmiz enerji” ilə təmin etməyə imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyadan gedir”, - o bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin ixracı üçün Xəzər və Aral dənizlərinin külək potensialından istifadə edilməsi planlaşdırılır: “İndi biz layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlamışıq, ona uyğun olaraq inşaat işlərinin müddəti müəyyən ediləcək”.

https://report.az/energetika/baki-astana-ve-daskend-enerji-sistemlerinin-inteqrasiyasina-hazirliqla-bagli-veziyyet-aciqlanib/