XƏBƏRLƏR

Azərbaycanda "yaşıl" enerji dəyişən iqtisadiyyatın əsas hissələrindəndir

MAY 14, 2024

Azərbaycanda "yaşıl" enerji son illərdə dəyişən enerji iqtisadiyyatının əsas bir hissəsi olub, bunu ekoloq Rauf Məmmədov deyib.

O bildirib ki, ölkəmiz zəngin hidroelektrik və alternativ enerji resursları ilə yanaşı, "yaşıl" enerjinin inkişafı üçün böyük potensiala malikdir.

"Alternativ enerji istifadəsi də son illərdə artmaqdadır. Günəş enerjisi, külək enerjisi və bioloji qazların istifadəsi də daxil olmaqla, alternativ enerji mənbələri ölkə üçün əhəmiyyətli bir istiqamətdir. Bu sahədə Azərbaycan çoxsaylı layihələrə yatırımlar edir. Bu addımlarla yanaşı, Azərbaycan "yaşıl" enerji infrastrukturunun keyfiyyətini artırmağa çalışır. COP29 konfransına ev sahibliyi etmək ölkənin iqlim dəyişikliyi ilə bağlı beynəlxalq əhəmiyyətə malik bir rolda olduğunu göstərir. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə və müzakirələrdə liderlik etmək istədiyini və bu sahədə təcrübə və perspektivə malik olduğunu nümayiş etdirir".

Ekoloq qeyd edib ki, Azərbaycan belə bir konfransın ev sahibliyini öhdəsinə götürməklə, iqlim dəyişikliyi və enerji mövzularına ölkənin necə əhəmiyyət verdiyini göstərir.

"Bu, ölkənin "yaşıl" enerji istiqamətləri, bioloji çeşidliliyin qorunması və iqtisadiyyatın səmərəliliyi kimi sahələrdəki nailiyyətlərinin dünyanın diqqət mərkəzində olması deməkdir. COP29 tədbirinin Azərbaycanda keçirilməsi, ölkənin iqlim dəyişikliyi ilə bağlı siyasi və təşəbbüskar addımlarını və dünya iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli bir məkan kimi tanınmasını təmin edəcək", - deyə o qeyd edib.

https://az.trend.az/business/green-economy/3898990.html