Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 9 milyard 248,6 milyon kVt/saat, ixrac 407 milyon kVt/saat, idxal isə 62,2 milyon kVt/saat olub, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, yanvar-apreldə İstilik Elektrik Stansiyaları üzrə 8 milyard 198 mlyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 464,5 milyon kVt/saat artımla 1 milyard 050,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
https://report.az/energetika/azerbaycanda-istehsal-idxal-ve-ixrac-edilen-elektrik-enerjisinin-hecmi-aciqlanib-222/