XƏBƏRLƏR

Hidrogen Azərbaycan üçün geosiyasi üstünlük ola bilər

MAY 30, 2024

Hidrogen yanacağının istifadəsi və istehsalı geosiyasi üstünlüyü əldə edilməsinə kömək edəcək.

Bu barədə Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının ekoloji cəhətdən təmiz hidrogen üzrə mütəxəssislər qrupunun rəhbəri Məhəmməd Əbu Laban bildirib.

Ekspertin fikrincə, qalıq yanacaqlardan imtina etməklə enerji mənbələrinin şaxələndirilməsi siyasi cəhətdən qeyri-sabit regionlardan asılılığı azaltmağa və bununla da enerji təhlükəsizliyinin və sabitliyin artırılmasına kömək etməyə imkan verir:

“Günəş, külək və ya su enerjisi kimi alternativ enerji mənbələrini inkişaf etdirməklə Azərbaycan vahid gəlir mənbəyindən və enerji istehsalı metodundan daha az asılı olacaq”.

Ekspert vurğulayıb ki, Avropa “təmiz enerji” sahəsində qarşısına iddialı məqsədlər qoyur, lakin bərpa olunan enerji mənbələri, o cümlədən ehtiyacı olan “yaşıl” hidrogenin istehsalı üçün o qədər də zəngin deyil: “Zəngin günəş və külək potensialına malik Azərbaycan “yaşıl” hidrogenin əsas ixracatçısına çevrilə bilər ki, bu da ölkəyə ciddi gəlir gətirə bilər”.

https://report.az/energetika/ekspert-hidrogen-azerbaycan-ucun-geosiyasi-ustunluk-ola-biler/