Bu gün Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə təməli qoyulan 3 elektrik stansiyası 1 milyon tona yaxın karbon emissiyasının qarşısının alınmasına imkan verəcək.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu gün Azərbaycan və BƏƏ-nin münasibətlərindəki qardaşlıq, dostluq və strateji tərəfdaşlığın sinerjisinin gücü ilə daha bir tarixi uğura nail olundu. 445 MVt gücündə Biləsuvar GES, 315 MVt gücündə Neftçala GES və 240 MVt gücündə Abşeron-Qaradağ KES-in təməlinin qoyulması Azərbaycanın "yaşıl enerji" sahəsində bir ilk olmaqla yanaşı, COP-a ev sahibliyi edən ölkələr olaraq Yasıl Dünya Naminə həmrəyliyimizin və enerji keçidinə sadiqliyimizin də parlaq göstəricisidir.
İllik 2 milyard 305 milyon kVt/saat elektrik enerjisinin istehsalı, 496 milyon kubmetr təbii qaza qənaət, həmçinin 1 milyon tona yaxın karbon emissiyasının qarşısının alınması bu stansiyaların dayanıqlı inkişafa gələcək töhfələridir", - o qeyd edib.
https://report.az/energetika/perviz-sahbazov-azerbaycan-3-yeni-elektrik-stansiyasi-ile-1-milyon-tona-yaxin-karbon-emissiyasinin-qarsisini-alacaq/