Azərbaycanın İqtisadiyyat Nazirliyi Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə alternativ enerji və dəniz suyunun duzsuzlaşdırılması, eləcə də COP29 üzrə potensial əməkdaşlıq imkanları barədə müzakirə aparıb.
Müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin “ACWA Power” şirkətinin Direktorlar Şurasının sədr müavini və idarəedici direktoru Raad Al-Saadi ilə keçirdiyi görüşdə aparılıb.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əlaqələrin genişlənməsinə önəm verdiyi, müxtəlif sferalarda, o cümlədən, alternativ enerji sahəsində tərəfdaşlıq əlaqələrinin gücləndiyi vurğulanıb. Qeyd olunub ki, bu sahədə “ACWA Power” şirkəti ilə də səmərəli işbirliyi həyata keçirilir.
Bildirilib ki, Azərbaycanın şirkətlə alternativ və “yaşıl” enerji üzrə layihələrin birgə işlənməsinə dair imzaladığı sənədlər bu baxımdan əhəmiyyət kəsb edir.
https://report.az/energetika/azerbaycan-acwa-power-ile-deniz-suyunun-duzsuzlasdirilmasi-uzre-emekdasliq-imkanlarini-muzakire-edib/