XƏBƏRLƏR

SOCAR və “Qazprom” qaz sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

İYUN 07, 2024

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moskvada Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər.

“Tərəflər təbii qaz sahəsində əməkdaşlığın inkişafı və perspektivlərini nəzərdən keçiriblər. Dünya enerji bazarındakı vəziyyətə xüsusi diqqət yetirilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu, 2024-cü ilin əvvəlindən bəri şirkət liderlərinin üçüncü görüşüdür.

https://report.az/energetika/socar-ve-qazprom-qaz-sahesinde-emekdasligin-perspektivlerini-muzakire-edib/