Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Azərbaycanda və xarici ölkələrdə “SOCAR” brendi ilə 601 yanacaqdoldurma məntəqəsi açıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.
“Azərbaycanda SOCAR-ın 60 yanacaqdoldurma məntəqəsi və 13 neft bazası var. Qalan 541 yanacaqdoldurma məntəqəsi isə 6 ölkədə fəaliyyət göstərir”, - şirkətin məlumatında qeyd edilib.
Eyni zamanda, Gürcüstanda “SOCAR” brendi ilə 107 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və onlardan 15-də elektromobillər üçün enerji doldurma məntəqələri var. Şirkət Türkiyədə 14, Ukraynada 56, Rumıniyada 75 yanacaqdoldurma məntəqəsi açıb.
İsveçrə və Avstriyada “SOCAR” brendi altında 289 yanacaqdoldurma məntəqəsi və 8 elektromobil enerji doldurma məntəqəsi fəaliyyət göstərir.
https://report.az/energetika/socar-in-azerbaycanda-ve-xarici-olkelerde-yanacaqdoldurma-menteqelerinin-sayi-aciqlanib/