Azərbaycan və Ukrayna enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edib.
Bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşündə aparılıb.
Görüşdə ikitərəfli əməkdaşlığın uğurlu inkişafından, o cümlədən “SOCAR Energy Ukraine” şirkətinin fəaliyyətindən məmnunluq ifadə edilib.
Görüş çərçivəsində həmçinin enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
https://report.az/energetika/azerbaycan-ve-ukrayna-enerji-sahesinde-emekdasligi-muzakire-edib/