Bu ilin ilk 5 ayında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 %-ə yüksəlib, bu barədə Energetika Nazirliyi Dünya Bərpa Olunan Enerji Günü ilə bağlı yaydığı məlumatda bildirilir.
Məlumata görə, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 1748,6 MVt-dır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 %-ni təşkil edir.
Qeyd edək ki, Dünya Bərpa Olunan Enerji Günü ilk dəfə 22 iyun 2019-cu il tarixində qeyd edilib. Bu günün keçirilməsində əsas məqsəd maarifləndirmə aparmaqla ənənəvi enerjidən ekoloji təmiz yaşıl enerjiyə keçidi təşviq etməkdir.
https://report.az/energetika/azerbaycanda-elektrik-enerjisi-istehsalinda-yasil-enerji-nin-payi-14-e-yukselib/