XƏBƏRLƏR

S&P “AzərEnerji”nin 2024-2025-ci illər üçün əsaslı xərclərini açıqlayıb

İYUN 22, 2024

“AzərEnerji” ASC-nin 2024-2025-ci illərdə illik əsaslı xərclərini 2023-cü ildəki 696 milyon manata qarşı təqribən 340-350 milyon manat (200-210 milyon ABŞ dolları) təşkil edəcək.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin “AzərEnerji”nin emitentinin uzunmüddətli və qısamüddətli kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib. Bu da sərbəst əməliyyat pul vəsaitlərinin illik müsbət dəyərinə səbəb olacaq.

“Sərbəst əməliyyat pul vəsaitlərinin orta axını 110 milyon manat təşkil edəcək. Eyni zamanda, investisiya planını dəstəkləmək üçün 2024-2025-ci illərdə təxminən 1,2-1,3 milyard manata yeni borcların verilməsi ilə xalis borcun orta dərəcədə artacağını proqnozlaşdırırıq. Bu, növbəti iki il ərzində əməliyyat fəaliyyətindən əldə edilən vəsaitlərin (FFO) borca nisbətini 30 %-dən yuxarı qaldıracaq. Qeyd edək ki, hökumət “AzərEnerji”yə sərmayə qoyuluşunu davam etdirmək barədə göstəriş verərsə, kapital qoyulushları arta bilər”, - S&P hesab edir.

Agentliyin məlumatına görə, enerji operatoru 2024-cü ilin sonuna kimi bir sıra generasiya aktivlərinin, o cümlədən ümumi quraşdırılmış gücü təxminən 80 meqavat olan 9 su elektrik stansiyasının istismara verilməsini gözləyir: “2023-cü ilin aprel ayında “Azərenerji” investisiya planını, xüsusən də yeni 1 280 meqavatlıq kombinə edilmiş dövrəli qaz turbinini dəstəkləmək üçün yerli “Kapital Bank”dan 180 milyon ABŞ dolları məbləğində altı illik kredit alıb. Tikinti işləri plana uyğun gedir və müəssisə 2024-cü ilin sonuna kimi istifadəyə verilməlidir”.

https://report.az/energetika/s-p-azerenerji-sc-nin-2024-2025-ci-iller-ucun-esasli-xerclerini-aciqlayib/