XƏBƏRLƏR

SOCAR-ın “ONS Conference 2024"də iştirakı ilə bağlı “Equinor”la müzakirələr aparılıb

İYUN 25, 2024

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin “Equinor” şirkəti bu ölkədə avqust ayında təşkil olunacaq "ONS Conference 2024"də SOCAR-ın mümkün iştirakı ilə bağlı əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Equinor”un baş vitse-prezidenti Cüzeppina Raqone arasında keçirilən görüşdə aparılıb.

Görüşdə ötən ilin dekabr ayında dekarbonizasiya sahəsində imzalanan əməkdaşlığa dair Anlaşma Memorandumundan danışılıb, bu xüsusda qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

https://report.az/energetika/socar-in-ons-conference-2024-de-istiraki-ile-bagli-equinor-la-muzakireler-aparilib/