Baş nazir Əli Əsədov “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Bu Qaydalar “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 17.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və qapalı paylayıcı şəbəkəyə dair tələbləri, qapalı paylayıcı şəbəkənin elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri, qapalı paylayıcı şəbəkə istifadəçilərinin tikinti obyektlərinin həmin şəbəkəyə qoşulması üzrə prosedur və tələbləri, habelə qapalı paylayıcı şəbəkə operatorunun və istifadəçilərinin vəzifələrini və hüquqlarını müəyyən edir.
Müəyyən edilir ki, “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nda nəzərdə tutulmuş tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilir.
Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
https://report.az/energetika/qapali-paylayici-sebekelerin-fealiyyet-qaydalari-tesdiqlenib/