"RussNeft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.
Belə ki, "RussNeft"in məlumatına əsasən, Publik Səhmdar Cəmiyyətinin SOCAR ilə bir sıra müqavilələrdə iştirak edən Britaniya-Virciniya şirkəti (GEA) "Holdings Ltd." şirkəti ilə əlaqəsi kəsilib
Qeyd edək ki, "RussNeft" "GEA" vasitəsilə Abşeron, Binəqədi, Neftçala və Şirvan yataqlarının işlənilməsində iştirk edirdi.
Həmçinin Kayman adalarının dörd şirkəti də "RussNeft"in strukturundan çıxarılıb. Bunlar 2000-ci illərin sonunda müvafiq olaraq Azərbaycanın "Padar-Harami" ("RussNeft" blokdan 2019-cu ildə imtina edib) və "Mişovdağ-Kəlaməddin" bloklarının operatorları olmuş "Kura Valley Holdings Ltd." və "Karasu Operating Company", eləcə də "Karasu Petroleum Company" və "Karasu Development Company" strukturlarıdır.
Azərbaycandakı aktivlərdən imtina etməklə "RussNeft"in faktiki olaraq xarici hasilat aktivləri qalmayıb.
https://az.trend.az/business/energy/3918775.html