Azərbaycan və Çin arasında “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafı iki ölkə üçün qarşılıqlı faydalı olacaq, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Yaşıl enerji” sahəsində əməkdaşlıq Azərbaycanın enerji keçidində transformasiya ehtiyaclarını, eləcə də Çinin ehtiyaclarını ödədiyi üçün qarşılıqlı faydalı olacaq. Çin tərəfinin iştirakı ilə “Qaradağ” günəş elektrik stansiyası artıq istismara verilib. Bununla yanaşı, Çin şirkətləri də külək enerjisi layihələrində və s. iştirak edir”, - o qeyd edib.
D.Tao iki ölkə arasında iqtisadi əməkdaşlığın istehsal və investisiya sahələrində böyük potensiala malik olduğunu da bildirib: “Azərbaycanda biznesə başlamaq üçün bərabər hüquqlar təmin edilir. Azərbaycana investisiya yatıracaq Çin şirkətlərinin sayı artacaq”.
https://report.az/energetika/din-tao-baki-ile-pekin-arasinda-yasil-enerji-sahesinde-emekdasliq-qarsiliqli-faydali-olacaq/