XƏBƏRLƏR

Naxçıvanda enerji istehsalında “yaşıl enerji”nin payı artıb

İYUL 10, 2024

Naxçıvan Muxtar Respublikasının enerji istehsalında “yaşıl enerji”nin payı 13,5 %-ə çatıb.

Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Belə ki, külək və günəş elektrik stansiyalarında istehsal olunan "yaşıl enerji"nin payı may ayında 12,7 % olub, iyun ayında isə bu rəqəm 13,5 %-ə yüksəlib”, - deyə F. Nəcəfli bildirib.

https://report.az/energetika/fuad-necefli-naxcivanda-enerji-istehsalinda-yasil-enerji-nin-payi-artib/