Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Küveyt şirkətləri ilə əlaqələrinin genişləndirilməsi perspektivləri nəzərdən keçirib, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında yazılıb.
Məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəf Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi ilə görüşüb. Görüşdə energetika sektoruna dair əməkdaşlıq imkanları müzakirə edilib.
https://report.az/energetika/socar-kuveyt-sirketleri-ile-elaqelerinin-genislendirilmesi-perspektivlerini-muzakire-edib/