Azərbaycan və Böyük Britaniya arasında bərpa olunan enerji, xüsusilə yaşıl hidrogen istehsalı, həmçinin enerji səmərəliliyi, elektrik şəbəkələrinin gücləndirilməsi üzrə əməkdaşlığa dair növbəti addımlar müzakirə edilib.
Bu barədə müzakirələr energetika nazirinin müavininin iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Enerji Təhlükəsizliyi və Xalis Sıfır İdarəsi arasında “Azərbaycanda yaşıl enerjiyə keçid” mövzusunda təçkil olunan dəyirmi masada aparılıb.
Dəyirmi masada Azərbaycanda bərpa olunan enerji mənbələri, dekarbonizasiya, enerji səmərəliliyi sahəsində hazırkı vəziyyət, həyata keçirilən cari layihələr barədə qarşı tərəfə məlumat verilib.
Tədbirdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, həmçinin “Azərenerji” ASC, “Azərişıq” ASC, Azərbaycan Dövlət Neft Şirkəti və BP şirkətlərinin nümayəndələri iştirak edib.
https://report.az/energetika/azerbaycan-boyuk-britaniya-ile-yasil-enerji-ye-kecidi-muzakire-edib/