XƏBƏRLƏR

Azərbaycanda iyunda elektrik enerjisi istehsalı 15 % artıb

İYUL 15, 2024

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 milyard 557,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 350,50 milyon kVt/saat və ya 2,52 % azdır.

İyun ayında ölkədə 2 milyard 326 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 304,6 milyon kVt/saat və ya 15,1 % çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 13 milyard 907,9 milyon kVt/saat, həmçinin iyun ayında 2 milyard 021,4 milyon kVt/saat təşkil edib.

https://report.az/energetika/azerbaycanda-iyunda-elektrik-enerjisi-istehsali-15-artib/