XƏBƏRLƏR

Qazaxıstan Azərbaycan ərazisindən “yaşıl enerji” tədarük edəcək

İYUL 23, 2024

Qazaxıstandan Azərbaycan vasitəsilə "yaşıl enerji"nin ixracına dair layihə hazırlanır, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel səfirlikdə təşkil olunan Azərbaycan-Qazaxıstan turizm forumunda deyib.

Azərbaycan ilə Qazaxıstan arasında sıx ticarət-iqtisadi əməkdaşlığın, o cümlədən enerji sahəsində də əlaqələrin mövcud olduğunu qeyd edən səfir bu əməkdaşlığın inkişafında Orta Dəhlizin əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, mayın 1-də Daşkənddə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" imzalanıb. Sənədin icrası hər üç ölkənin yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracının təşkilində əməkdaşlıq etməsinə imkan verəcək.

https://report.az/energetika/qazaxistan-azerbaycan-erazisinden-yasil-enerji-tedaruk-edecek/