XƏBƏRLƏR

2 GVt-lıq “yaşıl enerji”ni inteqrasiya etmək üçün 250 MVt-lıq anbar yaradılmalıdır

İYUL 24, 2024

2 GVt-lıq “yaşıl enerji”ni inteqrasiya etmək üçün Azərbaycana 250 MVt gücündə anbar lazımdır, bunu COP29-un icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusundakı təqdimatında bildirib.

“Biz 2024-cü ildə ilk 50 MVt enerjinin saxlanması üçün şərait yaratmağı nəzərdə tuturduq. Geriyə qalan 200 MVt-la bağlı qərar lazım gəldikdə sonra veriləcək”, - o qeyd edib.

E.Soltanovun sözlərinə görə, ümumilikdə 250 MVt gücündə “yaşıl enerji” anbarının yaradılması layihəsinin 2027-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.

https://report.az/cop29/elnur-soltanov-2-gvt-liq-yasil-enerji-ni-inteqrasiya-etmek-ucun-250-mvt-liq-anbar-yaratmaliyiq/