XƏBƏRLƏR

SOCAR “Eni S.p.A” şirkəti ilə upstream layihələrində investisiya imkanlarını nəzərdən keçirəcək

İYUL 31, 2024

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Eni S.p.A” şirkəti Azərbaycanda və “Eni S.p.A”nin əməliyyatlar həyata keçirildiyi ölkələrdə yeni və mövcud upstream layihələrində sinerji və investisiya imkanlarını nəzərdən keçirəcəklər. Bu, şirkətlər arasında bu gün imzalanan Anlaşma Memorandumu çərçivəsində planlaşdırılır.

Memoranduma əsasən, tərəflər, həmçinin milli və beynəlxalq qaz nəqli infrastrukturları, eləcə də istixana qazı emissiyalarını azaldılması üzrə layihələr və texnologiyalar, enerji sənayesində davamlı inkişafı təşviq edən mümkün əməkdaşlıq sahələri ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.

Qeyd edək ki, iyulun 30-da iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf “Eni S.p.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüblər.

Görüş çərçivəsində şirkətlər arasında enerji layihələri, enerji təhlükəsizliyi və səmərəliliyi, istixana qazlarının emissiyalarının azaldılması üzrə, həmçinin qaz nəqli infrastrukturları və dayanıqlılıq sahələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Görüşdə Memorandumun şirkətlərin dekarbonizasiya strategiyalarına uyğun olduğu vurğulanıb və sənədin bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyi bildirilib.

Söhbət zamanı SOCAR ilə “Eni S.p.A” şirkəti arasında səmərəli əməkdaşlıq imkanları nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://report.az/energetika/socar-italiya-sirketi-ile-anlasma-memorandumu-imzalayib/