XƏBƏRLƏR

Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb

AVQUST 14, 2024

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 29 milyard 457,2 milyon kubmetr təbii qaz hasil edilib, bunun 22 milyard 510,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,3 %, əmtəəlik qaz hasilatı isə 6,4 % artıb.

Ötən 7 ay ərzində Azərbaycanda 16 milyon 950,1 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 16 milyon 913,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 4,4 %, əmtəəlik neftin həcmləri isə 4,3 % azdır.

https://report.az/energetika/azerbaycanda-emteelik-qaz-hasilati-6-den-cox-artib-7/