XƏBƏRLƏR

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dən çox artıb

AVQUST 14, 2024

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 869 milyon kubmetr qaz nəql edilib, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 % azalma müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 56,2 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 13 milyard 423,3 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 5,4 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

https://report.az/energetika/baki-tbilisi-erzurum-boru-kemeri-ile-neqletme-5-den-cox-artib-7/