Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat layihəsinin texniki operatoru olan BP şirkəti qaz ixracı infrastrukturunda təmir işləri apardıqdan sonra eyniadlı yataqda qaz əməliyyatlarının normal rejimini bərpa edib.
Daha əvvəl ixrac infrastrukturunda aparılan planlı təmir işləri ilə əlaqədar (avqustun 5-dən 11-dək) “Şahdəniz” yatağında qaz hasilatının tələb olunan səviyyəyə endirildiyi bildirilmişdi.
“İxrac qaz kəmərləri üzrə profilaktik işlər proqramının başa çatması ilə yataqda qazın ixracı normallaşıb”, - T.Bayatlı deyib.
Bundan əvvəl “Trans Adriatic Pipeline AG” şirkətindən Cənub Qaz Dəhlizinin TAP-a qədər olan hissəsində qazın ötürülməsi sistemində planlı təmir işlərinin Yunanıstanın Türkiyə ilə sərhədindəki Kipoy birləşmə nöqtəsində TAP-a daxil olan qaz axınının azalmasına səbəb olduğu bildirilmişdi.
Oxşar məhdudiyyətlər Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə nəqlində də baş verib ki, bu da avqustun 5-dən 11-dək olan dövrü əhatə edib.
https://report.az/energetika/bp-azerbaijan-sahdeniz-de-emeliyyatlar-normal-rejime-qayidib/