2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox investisiya yönəldilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2,9 faiz artıb.
İstifadə olunmuş investisiyanın 4914,8 milyon manatı və ya 52,1 faizi məhsul istehsalı sahələrinə, 3404,4 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 1119,5 milyon manatı (11,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7728,6 milyon manatını və ya 81,9 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 6632,7 milyon manatı və ya 70,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
https://az.trend.az/business/energy/3933258.html